"Neftçi" qalib gəldi
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan çempionatın XIII turuna “Neftçi” - “Sərhədçi” matçı ilə start verilib. Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib- 3:0 (25:7, 25:18, 25:15).
Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu qarşılaşmada da qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə edib.
Beləliklə, XIII turdan sonra “Neftçi” 28 xalla turnir cədvəlinə liderlik edir, bu turda istirahət edən “Murov”-un 26, MOİK-in 18, “Ekspress”-in 6, “Sərhədçi” komandasının isə xalı yoxdur.
Oxşar xəbərlər
“Murov” "əsgərləri" məğlub etdi - Yüksək Liqa
Lider növbəti qələbəsini qazandı - Yüksək Liqa
"Murov" mövsümü zirvədə bitirdi - Yüksək Liqa
"Sərhədçi" qələbə qazandı - Yüksək Liqa
“Neftçi” və MOİK qələbə qazandı - Yüksək Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası