reklam
Azərbaycanın 4 güləşçisi finala yüksəldi -
Sportfm.az xəbər saytı

Azərbaycanın 4 güləşçisi finala yüksəldi -Avropa çempionatı


Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 97 kq çəki dərəcəsindəki Məhəmmədxan Məhəmmədov polşalı Matyuş Baranovski ilə qarşılaşıb.

Rəqibinə 6:4 hesabı ilə qalib gələn Məhəmmədov adını finala yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada macarıstanlı Vladislav Baytsayevlə üz-üzə gələcək.

Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan 5 sərbəst güləşçisindən 4-ü finala vəsiqə qazanıb. Məhəmmədovla yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.

Oxşar xəbərlər

Azərbaycanın qadın güləşçisi Avropa 2-cisi olub
Sərbəst güləşçilərimiz Bakıya qayıtdı - UĞUR
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 7 medalla başa vurub
"Azərbaycanın ilk qızıl medalına görə xoşbəxtəm"
Azərbaycanın 5 güləşçisi yarımfinalda - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər