Üç güləşçimiz yarımfinalda -Avropa çempionatı
Azərbaycanın üç sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 lq) finalın bir addımlığınadək irəliləyiblər.
Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan), 1/4 finalda Aymar Andruseyə (Estoniya) qalib gəlib.
Abakarov əvvəlcə Denis Balauru (Moldova), ardınca isə İvar Samusonoku (Latviya) yenərək adını yarımfinala yazdırıb.
Nurmaqomedov mübarizəyə 1/4 finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.
Əvəzində İslam Bazarqanov (61 kq) təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub.
Aydın Əhmədov (125 kq) isə təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etdikdən sonra Robert Barana (Polşa) yenilib..
Bayramov finala gedən yolda Taymuraz Salkazanov (Slovakiya), Abakarov Sebastian Yezerjanski (Polşa), Nurməhəmmədov Damian İqlesias Vilela (İspaniya) - Ahmed Sultanoviç Batayev (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək.
Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 7 medalla başa vurub
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı
Daha bir güləşçimiz finalda - Avropa çempionatı
Daha 5 güləşçimiz mübarizəyə başlayır
Vəlizadə Eloyana qarşı - Sərbəst güləşçilərin DÇ-də ilk rəqibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası