reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Zirə" ilə bərabərə qaldı -Azərbaycan Premyer Liqası


Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Qəbələ" öz meydanında "Keşlə" ilə qarşılaşıb və bərabərə qalıb - 1:1.

Digər oyunda isə "Zirə" "Neftçi"nin qonağı olub. Bu görüş də eyni hesabla başa çatıb. Oyunun sonları isə dramatik məcrada keçib. "Zirə" matçın 88-ci dəqiqəsində hesabı açıb. Meydan sahibləri isə 90+5-də penaltidən bərabərlik qolunu vurub.

Görüşün baş hakimi İnqilab Məmmədov oyun ərzində hər iki komandanın 1 futbolçusuna qırmızı vərəqə göstərib. Bundan başqa, "Zirə"də ehtiyat oyunçular skamyasında yer alan Ağabala Ramazanov da qırmızı vərəqə ilə cəzalandırılıb. Referinin bəzi qərarları komandaların böyük etirazına səbəb olub.

 

3 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 21-ci tur 

17:15. “Neftçi” – “Zirə” - 1:1 

Qol: Ahmed Ayzaya, 88 (0:1), Tiaqo Bezerra, 90+5 -pen.(1:1)

Qırmızı vərəqələr: Coşqun Diniyev, 60 ("Zirə", ikinci sarı vərəqə), Eddi Esrafilov, 77 ("Neftçi", ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”

Oxşar xəbərlər

"Neftçi" "Zirə"yə qalib gəldi - Misli Premyer Liqası
"Zirə" qələbə qazandı - Misli Premyer Liqası
AFFA İntizam Komitəsinin qərarları - Diniyevə ağır cəza
"Keşlə" "Neftçi"ni "büdrətdi"
Ponomaryov ilk matçda məğlub oldu, "Səbail" xal itirdi - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər