Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Keşlə” 800-cü qolunu vurdu -Azərbaycan çempionatlarında
“Keşlə” Azərbaycan çempionatlarında 800-cü qolu vurub.
Sportfm.az xəbər verir ki, bu, Premyer Liqanın XXI turunun “Qəbələ” ilə matçına təsadüf edib.
1:1 hesabı ilə başa çatan görüşdəki ilk qolun müəllifi Merab Giqauri klubunun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
1999-cu ildən “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
“Keşlə” Premyer Liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bakılıların ilk topu 1999-cu il noyabrın 7-də “Neftçi”yə 2:3 hesabı ilə uduzduqları görüşdə qeydə alınıb.
Oxşar xəbərlər
600-cü qol - Azərbaycan Premyer Liqası
Azərbaycan çempionatında bir ilk - Premyer Liqa
“Sabah”ın yubiley qolu - Premyer Liqa
"Keşlə"nin 150-ci məğlubiyyəti
"Keşlə"nin Azərbaycan çempionatlarında 400-cü qolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası