Canni De Byazi İtaliya A Seriyası ilə bağlı proqnoz verib
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyası ilə bağlı proqnoz verib.
Sportfm.az xəbər verir ki, 66 yaşlı mütəxəssis çempionluğun son turda həll olunacağını söyləyib.
O bildirib ki, turnir cədvəlinin ilk "3-lüy"ündə qərarlaşan "Milan", "Napoli" və "İnter"lə yanaşı "Yuventus"un da Skudettonu qazanmaq şansı var: "Milan" "Bolonya" ilə matçda büdrəməklə ən yaxın izləyicisini 3 xal qabaqlamaq şansını əldən verdi. Amma bunun çempionluğun taleyini müəyyənləşdirmək baxımından həlledici olacağını düşünmürəm. "İlk üçlü"k arasında xal fərqi çox azdır. Hətta "Yuventus" da titul uğrunda sonadək vuruşacaq. Hazırda mübarizənin həlledici mərhələsi gedir".
Qeyd edək ki, "Milan" 31 turdan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir. 66 xalı olan "Napoli" 2-ci, 1 oyun az keçirən və 63 xalı olan "İnter" 2-ci pillədə qərarlaşıb. "Yuventus" isə 59 xalla 4-cüdür.
Oxşar xəbərlər
"Milan, "Yuventus", "İnter" və "Roma"dan məğlubiyyət - A Seriyası
"İbrahimoviç "Milan"ın mütləq lideridir" - Canni De Byazi
"Yuventus" məğlub duruma düşsə də, qalib gəldi - VİDEO
"İnter" Milanda məğlub oldu
"Milan" "Empoli" ilə bacarmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası