Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işləri başlandı -Formula 1
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə başlayıb.
Sportfm.az xəbər verir ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etməkdən ötrü istifadə olunan beton bloklarların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.
Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.
Həmçinin bu gündən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir.
"Şəhərin qeyd olunan hissələrində görüləcək işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.
Oxşar xəbərlər
Bakıda bu yollar bağlanacaq - Formula 1
Qran-pri üçün tikinti-quraşdırma işlərinə başlanılır - Formula 1
Bakının mərkəzi küçələrindən biri bağlanır - Formula 1
"Formula 1" üçün üçün tikinti-quraşdırma işlərinə martda başlanılacaq
Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası