reklam
Mahirdən növbəti qol -
Sportfm.az xəbər saytı

Mahirdən növbəti qol -VİDEO


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda 31-ci turda “İstra”nı qəbul edib. Mahir ilk dəfə "Dinamo"nun heyətində ilk 11-likdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. O, 50-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. 25 yaşlı hücumçu son turda da rəqib qapısına yol tapmışdı.

Digərlərindən 1 oyun az keçirən “Dinamo” turnir cədvəlində 66 xalla liderdir. “İstra” isə 26 xalla 8-cidir. 

Xatırladaq ki, M.Emreli fevral ayından “Dinamo”da oynayır. O, komandanın heyətində yerli çempionatda 5 matç keçirib.

Xorvatiya çempionatı, 31-ci tur

20:00. “Dinamo” (Zaqreb) - “İstra” - 3:0 

Qollar: Orsiç, 8, 45+1, Emreli, 50
“Maksimir” stadionu

Oxşar xəbərlər

Mahirin komandası növbəti sınağına çıxır - Xorvatiya çempionatı
İlk qolu Mahir vurdu, "Dinamo" qalib gəldi - Xorvatiya çempionatı
Mahir rəmzi heyətdə - UĞUR
Xorvatiya mətbuatı Mahirdən yazdı
Posterdə Mahir Emrelinin şəkli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər