reklam
Elçin Quliyev idmançıları təltif etdi -
Sportfm.az xəbər saytı

Elçin Quliyev idmançıları təltif etdi -FOTO


Aprel ayının 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları ilə görüş keçirilib, əldə etdikləri nailiyyətlər münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin təbrikləri idmançılara çatdırılıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
 
2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunub, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, Dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü bürünc medallar təşkil etdiyi vurğulanıb.
 
“Sərhədçi” idman-olimpiya mərkəzinin idmançılarının təkcə fiziki hazırlığına deyil, həmçinin təd-risinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildirilib.
 
Görüşdə dövlət sərhədlərimizin keşiyində ayıq-sayıq duraraq milli maraq-larımızın müdafiəsini şərəflə təmin edən hərbi qulluqçularımız kimi sərhədçi-idmançıların da beynəlxalq yarışlarda ölkəmizi layiqli təmsil etdikləri vurğulanıb, bu uğurların gələcəkdə də ən yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunub.
 
İdmançılar adından çıxış edən polkovnik Firdovsi Umudov göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə edib, yeni uğurlar və qələbələr ilə göstərilən etimadı doğruldacaqlarına söz verib.
 
Sonda DSX rəisinin əmri ilə xidməti fəaliyyətlərində və mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edən idmançılar təltif olunub.

Oxşar xəbərlər

İdmançılarla nazir görüşdü
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
Bu il beynəlxalq yarışlarda 192 medal qazanıblar
DSX rəisi də Zəhra Salmanlını mükafatlandırdı - FOTO
Azərbaycan çempionatının açılış mərasimi keçirildi - ilk yarış günü 90 pəhləvan mübarizə apardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər