reklam
Benzema əfsanəvi futbolçunu geridə qoydu -
Sportfm.az xəbər saytı

Benzema əfsanəvi futbolçunu geridə qoydu -Qol sayını 217-yə çatdırdı


İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.

Sportfm.az xəbər verir ki, "Sevilya" ilə XXXII tur oyununun 90+2-ci dəqiqəsində fərqlənən 35 yaşlı hücumçu Madrid təmsilçisində La Liqadakı qol sayını 217-yə çatdırıb.

Beləliklə, fransalı forvard "Real"ın əfsanəvi oyunçusu Alfredo Di Stefanonu geridə qoyub.

"Real Madrid"də La Liqadakı qol sayına görə rekord Kriştianu Ronaldoya məxsusdur. Hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən hücumçu 311 dəfə fərqlənib. İkinci sırada isə Raul Qonsales (228 qol) qərarlaşıb.

Qeyd edək ki, "Real Madrid" "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Həftənin ən yaxşı futbolçusu - Kərim Benzema
Kərim Benzema tarixə düşdü - 216 qolla
Rekordlara doymayan Kərim - 361-ci qol
Benzema Ronaldonun rekordunu qırdı - 88 oldu
Benzema Karlosu keçdi - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər