reklam
Bu gün Bakıda Dünya Kubokuna start veriləcək -
Sportfm.az xəbər saytı

Bu gün Bakıda Dünya Kubokuna start veriləcək -Bədii gimnastika üzrə


Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək.

Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarış 3 gün davam edəcək.

Dünya Kubokunda Azərbaycanı fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər.

Yarışda 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla, 140 gimnast qüvvəsini sınayacaq. Ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, Bakıda bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya Kuboku olacaq. Azərbaycan 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına da ev sahibliyi edib.

Oxşar xəbərlər

Bakıdakı dünya kubokunda 40 ölkə iştirak edəcək
Rusiyanı təmsil edən azərbaycanlı gimnast birincidir - Dünya Kuboku
Azərbaycan millisinin heyəti açıqlandı - Dünya Kuboku
Avropa çempionatında iştirak edəcək millimizin heyəti - SİYAHI
Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər