reklam
İkiqat olimpiya çempionu beynəlxalq yarışlardan kənarlaşdırıldı -
Sportfm.az xəbər saytı

İkiqat olimpiya çempionu beynəlxalq yarışlardan kənarlaşdırıldı -9 ay müddətinə


Rusiyanın tanınmış üzgüçüsü Yevgeni Rılov 9 ay müddətinə bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) İntizam Komitəsi qərar çıxarıb.

Cəza aprelin 20-dən qüvvəyə minib. İkiqat olimpiya çempionu martın 18-də Krım və Sevastopolun ilhaqı ilə bağlı "Lujniki" stadionundakı tədbirdə iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.

Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin sonunadək FINA-nın təşkilatçılığı ilə keçiriləcək yarışlara buraxılmayacaq.

Qeyd edək ki, Yevgeni Rılov Tokio-2020 Yay Olimpiya Oyunlarında iki qızıl medal əldə edib.

Oxşar xəbərlər

Putinin ordeni geri alındı
Təsnifat Turniri təxirə salındı - Tokio-2020
Azərbaycanlı olimpiya çempionu yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
Olimpiya çempionu iki il yarışlarından kənarlaşdırıldı
Azərbaycan ağır atletləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər