Pley-off mərhələsinin oyun cədvəli -Yüksək Liqa
Futzal üzrə Yüksək Liqada keçirilən 21-ci turla əsas mərhələyə yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – “Araz”, EKOL, “Neftçi” İK və “Baku Fire” – pley-off mərhələsinə mübarizəni davam etdirəcək.
Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Əsasnaməyə uyğun olaraq, komandalardan biri 2 qələbə qazanana qədər seriya davam edəcək. Hər dueldə komandalardan biri mütləq qələbə qazanmalıdır. Əsas vaxtda bu mümkün olmazsa, hər biri 5 dəqiqədən ibarət əlavə iki hissə keçiriləcək. Bu dəfə də qalibin adı bilinməsə tərəflər penalti seriyasından istifadə edəcək.
Yüksək Liqa
Yarımfinal oyunları
1 may
EKOL – Neftçi İK
12:00. Bakı İdman Sarayı.
Araz (Naxçıvan) – Baku Fire
14:45. Bakı İdman Sarayı.
Oxşar xəbərlər
Pley-offun ilk oyunlarının vaxtı açıqlandı - Yüksək Liqa
"Neftçi" ilə "Atletiko" üz-üzə - Azərbaycan kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı
Yüksək Liqa, XIII tur: Oyun cədvəli
Çempionun oyunu canlı yayımlanacaq
I turun oyun cədvəli açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası