Şəhriyar Məmmədyarov 17 yaşlı şahmatçıya məğlub oldu -SƏBƏB
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində Hindistan təmsilçisi 17 yaşlı Rameşbabu Praqnanandhaya məğlubiyyətin səbəbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda qələbəni əldən verdiyini bildirib.
O etiraf edib ki, ilk partiyada uduş vəziyyətində olsa da, fürsəti dəyərləndirə bilməyib: "Fikrimcə, duelin taleyini ilk görüşdəki məğlubiyyət həll etdi. Praqnanandha birinci partiyada pis oynadı. Mən isə öz şansımı qaçırtdım. Amma rəqib növbəti görüşlərdə maraqlı gedişlər etdi və layiqli qələbə qazandı. Praqnanandha çox hiyləgər oyunçudur. Düşünürəm ki, yaxşı görüş alındı".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov üçüncü turda kanadalı Erik Hansenlə üz-üzə gələcək.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Məmmədyarov niderlandlı şahmatçıya qalib gəldi - Champions Chess Tour
Məmmədyarov ikinci qələbəsini qazandı - Champions Chess Tour
Şəhriyar Məmmədyarov niderlandlı şahmatçı ilə üz-üzə gələcək
210 min dollar üçün "Şah"ın gedişi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














.jpg)
Misli Premyer Liqası