"Neftçi" avrokuboklara vəsiqəni təmin etdi -Azərbaycan Premyer Liqası
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirib.
Sportfm.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təyin edilib.
"Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Ağdam klubu bu gün, sona 4 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirə bilərdi. Bunun üçün "Qarabağ"ın ən yaxın izləyicisi "Neftçi" "Səbail"lə səfər matçında xal itirməli idi. Ancaq "ağ-qaralar" görüşdə azlıqda qalmasına baxmayaraq, 1:0 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində Samir Abasovun komandası xallarını 47-yə çatdırıb. Paytaxt təmsilçisinin yeni mövsümdə ən azı Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib.
Digər oyunlarda "Sabah" evdə "Şamaxı"nı 5:1 hesabı ilə darmadağın edib. "Zirə" isə səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
24 aprel (bazar)
20:00.“Sumqayıt” – “Zirə” - 0:1
Qol: David Volkov, 90+1 (0:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
“Kapital Bank Arena”
20:00.“Səbail” – “Neftçi” - 0:1
Qol: Tiaqo Bezerra, 71 (0:1)
Qırmızı vərəqə: Ömər Buludov, 47- 2-ci sarı vərəqə ("Neftçi")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
“ASCO Arena"
18:30.“Sabah” – “Şamaxı” - 5:1
Qol: Coy-Lens Migels, 11 (1:0), Zurab Oçiqava, 25 (2:0), Coy-Lens Migels, 29 (3:0), Felipe Santos, 50 (3:1), Xulio Sezar Rodrigez, 84 (4:1), Aleksey İsayev, 89 (5:1)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
“Bank Respublika Arena”
17:30.“Qəbələ” – “Qarabağ” - 0:2
Qollar: İbrahima Vadji, 6, 14
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
Bombardirlər:
Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Tiaqo Bezerra ("Neftçi") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Kadi Borqes ("Qarabağ") - 8 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
İsnik Alimi ("Qəbələ") - 7 qol
Oxşar xəbərlər
"Qarabağ" "Şamaxı"ya, "Sabah" "Qəbələ"yə qarşı - Misli Premyer Liqası
Premyer Liqamızda mövsümə yekun vuruldu
“Səbail” “Sabah”a, “Qarabağ” “Zirə”yə qarşı - Azərbaycan Premyer Liqası
"Zirə" "Qəbələ"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Premyer Liqa
"Qarabağ" və "Neftçi"nin növbəti oyununa təyinatlar - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası