reklam
Sportfm.az xəbər saytı

"Zəfər Kuboku" turniri start götürüb -FOTOLAR


İdman Araşdırmalar Mərkəzinin (İAM) jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, "Sabah" klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi iştirakçıları Ramin Yunusov, Daşqın Əziz və digər şəxslər iştirak ediblər.

İlk öncə yarışın Təşkilat Komitəsinin üzvü Mehman Süleymanov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, yarış İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə təşkil olunub və turnirdə iştirak edən 12 komanda işğaldan azad olunmuş bölgələri təmsil edir. O, həmçinin qeyd edib ki, final matçı mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum gününə təsadüf edəcək. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İAM-ın sədri Elşən Məmmədov, Nazirlik rəsmisi Elnur Məmmədov, MEDİA-nın rəhbəri Əhməd İsmayılov, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, Sabah klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi qaziləri Daşqın Əziz və Ramin Yunusov da Zəfər kubokunun keçirilməsinin əhəmiyyətindən danışıb, tədbirin iştirakçılarına təşəkkürlərini bildirib və komandalara uğurlar arzulayıblar.

D qrupundakı qarşılaşma Ağdamın 10:0 qələbəsi ilə yekunlaşıb. Növbəti oyunlarda "Ağdam" mayın 15-də, "Zəngilan" isə mayın 22-də "Xankəndi" ilə görüşəcək.

 

Oxşar xəbərlər

Zəfər Kubokunun qalibi "Ağdam" oldu
Zəfər Kubokunun final proqramı açıqlandı
Zəfər Kubokunun bütün iştirakçıları müəyyənləşdi - SİYAHI
Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək - Mini-futbol üzrə
Bakıda "Qarabağ Azərbaycandır!" futbol turniri start götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər