reklam
“Prezident kuboku-2022”-nin rəsmi paradı oldu -
Sportfm.az xəbər saytı

“Prezident kuboku-2022”-nin rəsmi paradı oldu -FOTO


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2022” turnirində iştirak edən komandaların mayın 5-də rəsmi paradı olub.

Sportfm.az xəbər verir ki, Mingəçevirin mərkəzində təşkil olunan paradda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan komandaları iştirak ediblər.

Şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Oxşar xəbərlər

Avarçəkənlər Mingəçevirdə yarışacaqlar - “Prezident Kuboku-2023”
"Prezident kuboku-2022"-nin birinci gününə yekun vuruldu
“Prezident kuboku-2022” turnirinin açılışı oldu - FOTO
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Türkiyə avarçəkənləri Bakıya gəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər