Əliyevin komandası 3-cü pilləyə yüksəldi -Milli Futbol Liqası
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 36-cı turun oyunları keçirilib.
Sporfm.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tomsk”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, 52-ci dəqiqədə sarı vərəqə alıb, bundan 10 dəqiqə sonra isə əvəzlənib.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk” 36 turdan sonra 62 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Renat İsveçrədə dayanmaq bilmir
Azərbaycanlı futbolçu üçün Rusiyada 57 dəqiqə
Millimizin üzvü sarı vərəqə aldı, komandası uduzdu
Eddinin komandası meydandan qələbə ilə ayrıldı
İsrafilov 53 dəqiqə meydanda oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası