"Sabah" qalib gəldi -Azərbaycan Premyer Liqası
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun gününə 2 matç nəzərdə tutulub. İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" xallarını 39-a çatdırıb və "Qəbələ"ni arxada qoyaraq 4-cü pilləyə yüksəlib.
Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gələcək. "Zirə" qalib gəlsə, ən azı 4-cü pilləni təmin edəcək və Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək.
8 may (bazar)
18:00. “Səbail” – “Sabah” - 0:2
Qollar: Boyan Letiç, 15, Lukas Rangel, 36
Reallaşdırılmayan penalti - Aleksey İsayev, 2 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”
Oxşar xəbərlər
"Sabah" səfərdə qalib gəldi - Misli Premyer Liqası
“Qarabağ” “Zirə” ilə heç-heçə etdi - Azərbaycan Premyer Liqası
“Səbail” “Sabah”a, “Qarabağ” “Zirə”yə qarşı - Azərbaycan Premyer Liqası
"Neftçi" "Zirə" ilə dueldə qalib gələ biləcəkmi? - Premyer Liqa
"Keşlə" "Sabah"la heç-heçə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası