"Turan Tovuz"un stadionunun ot örtüyü dəyişdirilir
Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Turan Tovuz”un stadionunda yenilik ediləcək.
Klubun icraçı direktoru Nadir Nəbiyevin verdiyi məlumata görə, Tovuz şəhər stadionunun süni ot örtüklü meydançası təbii ot örtüyü ilə əvəzlənəcək:
“Çempionat bitəndən sonra ot örtüyü dəyişdiriləcək. May ayının sonuna planlaşdırılır. Yəni “Turan Tovuz” yeni mövsümdən təbii ot örtüklü meydançada oynayacaq. Birinci divizionun bitməsini gözləyirlər. Mayın 17-si son oyundur. Ondan sonra ot örtüyü dəyişdiriləcək”.
Qeyd edək ki, Tovuz şəhər stadionunun meydançası əvvəllər də təbii ot örtüklü olub. Ancaq komanda maliyyə çətinliyinə görə bir neçə ildir ki, süni örtüklü meydançada oynayır. (Qol.az)
Oxşar xəbərlər
“Turan Tovuz”un tarixində bir ilk
“Turan Tovuz”un ilk rəqibi bilindi
İkinci turun oyun cədvəli bilindi - I divizion
“Turan Tovuz” Premyer Liqa üçün hazırlığa başlayır - Bakıda
"Qarabağ"ın oyununun yeri dəyişdirildi - I Divizion
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası