reklam
Qətərdə LGBT üzvlərini qəbul etməyə hazır deyil -
Sportfm.az xəbər saytı

Qətərdə LGBT üzvlərini qəbul etməyə hazır deyil -Araşdırma


Qətərdə bir sıra otellər futbol üzrə dünya çempionatı zamanı (DÇ-2022) LGBT icmasının üzvlərini qəbul etməyə hazır deyil.

Sportfm.az xəbər verir ki, bu barədə “SVT Sport” nəşri araşdırma aparıb. FİFA-nın saytında dünya çempionatı zamanı Qətərdə məskunlaşmaq üçün tövsiyə olunan 69 otelin siyahısı var.

“SVT Sport”-un nümayəndələri onların hər birinə məktubla müraciət edərək özlərini İsveçdən olan və otelə qeydiyyatdan keçmək istəyən gey cütlük kimi təqdim ediblər. 56 otel bu sorğuya cavab verib, 13 otel isə mesaja cavab verməyib.

Sorğuya cavab verən 56 oteldən 3-ü LGBT üzvlərini yerləşdirməkdən imtina edib. 20 mehmanxana LGBT cütlüyünü yerləşdirməyə hazır olacaqlarını bildirib, amma şərtlər irəli sürüblər: qonaqlar oriyentasiyalarını gizlətsinlər, açıq-saçıq geyinməsinlər, makiyajsız olsunlar, ictimai yerlərdə münasibətlərini nümayiş etdirməsinlər və s.

FİFA-nın saytında tövsiyə edilən 69 oteldən 33-ü isə qeyri-ənənəvi cütlüklərə yer verilməsində heç bir problemin olmadığını bildirib.

Oxşar xəbərlər

"Dünyada üç min il ərzində etdiklərimizə görə üzr istəməliyik" - FİFA prezidenti
Dünya çempionatında pivə olmayacaq!
Stadionlarda spirtli içki satılmayacaq - DÇ-2022
Ofsaydla bağlı yeni sistemdən istifadə ediləcək - FIFA DÇ-2022-də
İnfantino inadından əl çəkmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər