reklam
7 milyon məvacib təklifi -
Sportfm.az xəbər saytı

7 milyon məvacib təklifi -3 illik müqavilə


“Yuventus”un hücumçusu Paulo Dibala böyük ehtimalla, karyerasını elə A Seriyasında davam etdirəcək.

Sportfm.az xəbər verir ki, “İnter” argentinalı futbolçuya sərfəli təklif göndərib. Milan nəhəngi Dibalaya 3 illik müqavilə təklif edir. Hücumçu təklifi qəbul etsə, illik məvacibi 7 milyon avro olacaq.

Dibala ilə İngiltərə “Nyukasl”ı da maraqlanır. “Sağsağanlar”ın da təklifi cəlbedicidir. Ona həftədə 200 min funt məvacib vəd olunur ki, bu da “Nyukasl” tarixi üçün rekorddur.

Argentinalının xidmətində “Mançester Yunayted”lə “Arsenal”ın da maraqlı olduğu bildirilir.

Dibala “Yuve”də 2015-ci ildən çıxış edir. Onun müqaviləsi bu yay başa çatır. Hücumçu Turin klubunu azad agent kimi tərk edəcək.

Oxşar xəbərlər

Dibala “Yuventus”dan ayrıldı - RƏSMİ
Dibalaya yeni müqavilə təklifi - "Yuventus"dan
"Yuventus" Dibala ilə razılığa gələ bilmədi - Danışıqlar dayandı
Dibala ilə yeni müqavilə imzalanacaq
“Yuventus” Dibalaya yeni anlaşma təklif etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər