reklam
Ələskərovun komandasının azarkeşləri oyunçulara hücum etdi -
Sportfm.az xəbər saytı

Ələskərovun komandasının azarkeşləri oyunçulara hücum etdi -FOTO


Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubunun azarkeşləri futbolçulara hücum ediblər.

Sportfm.az xəbər verir ki, hadisə "timsahlar"ın "Bandırmaspor"a 2:4 hesabı ilə uduzduqları I Liqanın XXXVII tur matçından sonra baş verib.

Fanatlar komandanın aşağı liqaya düşməsinə qəzəbləniblər. Oyunçular təhlükəsizliyin olmadığını iddia edərək Bursaya qayıtmaq istəmədiklərini və Bandırmada qalmaq niyyətində olduqlarını bildiriblər. Futbolçular 3 saat yarım stadionda qalmalı olublar.

Komandanın kapitanı Burak Altıparmak avtobusdan düşərkən insident yaşanıb. Tərəfdarlar 32 yaşlı yarımmüdafiəçini söyüblər və ona hücum ediblər.

Qeyd edək ki, "Bursaspor" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

Oxşar xəbərlər

Namik Ələskərov "Bursaspor"un məşqinə çıxmadı
Superliqa klubu Namik Ələskərovu istəyir
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Namikin komandasında yeni baş məşqçi - Detallar açıqlanmadı
"Bursaspor" azarkeşləri baş məşqçiyə etiraz etdi - Namik Ələskərova görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər