"Qarabağ" "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı -Azərbaycan Premyer Liqası
"Qarabağ" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Neftçi"yə qarşı keçirəcəyi matçın biletlərini satışa çıxarıb.
Sportfm.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin Park Bulvarda yerləşən Fan-Şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi "Azersun Arena"da satılacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, oyundan sonra "Qarabağ"a qızıl, "Neftçi"yə gümüş medallar təqdim olunacaq. Bürünc medalların sahibi isə "Zirə" - "Qəbələ" matçından sonra müəyyənləşəcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Zirə" görüşünün biletləri satışda - Misli Premyer Liqası
“Qarabağ” – “Kəpəz” matçının biletləri satışda - Misli Premyer Liqası
20 manat - “Qarabağ” – “Neftçi” matçının qiyməti
Azərbaycan derbisi üçün biletlər satışda - Sabahdan
"Qarabağ" – "Səbail" matçının biletləri satışda - Azərbaycan Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası