reklam
Sportfm.az xəbər saytı

"Özünəinam baxımından müəyyən problemlər var idi" -Villi Sanyol


"Zirə" klubunun futbolçusu Davit Volkovun UEFA Millətlər Liqasının oyunları üçün Gürcüstan millisinə çağırılmamasının səbəbi açıqlanıb. 

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Villi Sanyol mətbuat konfransında bildirib. 

45 yaşlı mütəxəssis Volkovun Özbəkistanla yoldaşlıq matçında böyük təəssürat yaratdığını söyləyib: "Həmin görüşdə bir qol da vurdu. Amma Albaniya ilə qarşılaşmada özünəinam baxımından müəyyən problemlər var idi. Bununla belə, əminəm ki, o, gələcəkdə komandaya mütləq kömək edəcək". 

Qeyd edək ki, Gürcüstan seçməsi iyunun 2-də Cəbəllütariqi qəbul edəcək. Komanda iyunun 5-də və 12-də Bolqarıstanla üz-üzə gələcəksə, iyunun 9-da Şimali Makedoniyanın qonağı olacaq. 

Oxşar xəbərlər

Davit Volkovdan bir ilk - Het-trik
"Sumqayıt"ın legioneri millidə
Millimizin Qazaxıstanla oyun üçün proqramı - Millətlər Liqası
"Şamaxı"nın legioneri millidə - Millətlər Liqası
Gürcüstan millisində fransalı baş məşqçi - Detalları açıqlanmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər