reklam
Məmmədyarov 1/4 final görüşünə çıxır -
Sportfm.az xəbər saytı

Məmmədyarov 1/4 final görüşünə çıxır -Chessable Masters


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gələcək.

Şahmatçılar bu raundda rapid növündə 4 dəfə görüşəcəklər. Heç-heçə olacağı təqdirdə blits və armageddon oynanılacaq.

Məmmədayarov ilkin mərhələni 15 görüşdən sonra 22 xalla 6-cı sırada bitirib, 25 xala malik Liren isə üçüncü olub.

Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

Oxşar xəbərlər

Məmmədyarovun son görüşləri - Champions Chess Tour
Məmmədyarov norveçli dünya çempionuna qarşı - Champions Chess Tour
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Şəhriyar Məmmədyarov niderlandlı şahmatçı ilə üz-üzə gələcək
Məmmədyarov Aronyanla bərabərə qaldı - Mərhələ keçdi Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər