Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zaretska ilk görüşdə uduzdu -Avropa çempionatı
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.
Sportfm.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində fransalı Alizi Agierlə üz-üzə gəlib. İlk qarşılaşmasındaca rəqibinə 1:3 hesabı ilə məğlub olan Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışla vidalaşıb.
84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosa qalib gəlsə də, növbəti raundda Ukraynanı təmsil edən Rizvan Talıbova yenilib.
Avropa çempionatı mayın 29-da başa çatacaq.
Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Bu gün 7 karateçi mübarizəyə qoşulub.
Oxşar xəbərlər
"Brilyant" medal qazana bilmədi
Rafael Ağayev mübarizəyə başlayır
Daha 5 karateçisi medalsız qaldı - Dünya çempionatı
Daha bir idmançımızdan gümüş medal - Tokio-2020
Asiman Qurbanlı medal şansını qaçırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası