Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın sabiq hücumçusu "Şəmkir"in baş məşqçisi oldu
Birinci Divizionda mübarizə aparan "Şəmkir"in yeni baş məşqçisinin adı məlum olub.
Sportfm.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Qəhrəman Əliyevin istefasından sonra boş qalan baş məqşçi postuna gürcüstanlı mütəxəssis dəvət edilib. Şəmkirin eyniadlı klubunu bundan sonra Badri Kvaratsxeliya çalışdıracaq.
Qeyd edək ki, Kvaratsxeliyanın Gürcüstanla yanaşı, Azərbaycan vətəndaşlığı da var. Dördqat Azərbaycan çempionu olan Badri futbolçu kimi ölkəmizdə "Kəpəz"də və məhz "Şəmkir"də oynayıb. Bundan əlavə o, "Standard" və "Qəbələ" klublarında məşqçi kimi də çalışıb.
Oxşar xəbərlər
Kvaratsxeliya "Rubin"də
Kvaratsxeliyanın oğlu Premyer Liqa klubuna transfer olundu
"Məşqçi kimi Badridən qat-qat təcrübəliyəm" - Qəhrəman Əliyev
Badri Kvaratsxeliya "Şəmkir"lə danışığa gəlir
"Şəmkir" baş məşqçisi ilə yollarını ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası