"Getmək istəyirəm" -Robert Levandovski
Polşa yığmasının hücumçusu Robert Levandovski Almaniya çempionu “Bayern”də qalmaq istəmədiyini bildirib.
Sportfm.az xəbər verir ki, o, bu qərarını keçirdiyi mətbuat konfransında bəyan edib:
“Mənim “Bayern”dəkı dövrüm başa çatıb. Ötən aylarda klubla yaşadıqlarımızdan sonra təkrar bərabər çalışa biləcəyimizi zənn etmirəm. Hesab edirəm ki, başqa kluba transferim hər iki tərəf üçün yaxşı seçim olacaq. “Bayern” ciddi klubdur və inanıram ki, buna haqqı olduğu halda məni zorla komandada saxlamağa, transferimə mane olmağa çalışmazlar”.
Xatırladaq ki, Levandovski “Bayern”ə Dortmund “Borussiya”sından transfer olunub. O, Münhen təmsilçisində keçirdiyi 8 mövsümdə 374 matça çıxıb, 344 qola imza atıb.
Oxşar xəbərlər
Levandovski artıq “Barselona”nın oyunçusudu - Super transfer
Levandovski klubunu boykot etdi - Getmək istəyir
“Bayern” “Leyptsiq”ə qarşı - Bundesliqada
“Bayern” “Borussiya”ya qarşı – AFİŞA
“Bayern” “Qroyter”in qonağı olacaq - Bundesliqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası