reklam
Tibo Kurtua 1 nömrədir -
Sportfm.az xəbər saytı

Tibo Kurtua 1 nömrədir -Rəmzi komanda


UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.

Sportfm.az xəbər verir ki, "11-liy"ə İspaniya "Real Madrid"indən və İngiltərə "Liverpul"undan hərəyə 4, "Mançester Siti"dən, "Çelsi"dən və Fransa PSJ-sindən 1 futbolçu düşüb.

Mövsümün oyunçusu adına isə "Real Madrid"dən Kərim Benzema layiq görülüb.

Qapıçı: Tibo Kurtua ("Real Madrid", İspaniya)

Müdafiəçilər: Endryu Robertson, Trent Aleksander-Arnold, Vircil van Deyk (hamısı "Liverpul", İngiltərə), Antonio Rüdiger ("Çelsi", İngiltərə)

Yarımmüdafiəçilər: Fabinyo ("Liverpul"), Luka Modriç ("Real Madrid), Kevin De Bröyne ("Mançester Siti", İngiltərə)

Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kərim Benzema Vinisius Junior (hər ikisi "Real Madrid")

Qeyd edək ki, "Real Madrid" finalda "Liverpul"u 1:0 hesabı ilə məğlub edərək tarixdə 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

 

Oxşar xəbərlər

Kərim və Əşrəf rəmzi yığmada - "The Best"
2022-ci ilin rəmzi komandası - SİYAHI
Həftənin rəmzi komandası - Çempionlar Liqası
"Qızıl top"a ən real namizədlər - Siyahı yeniləndi
2020-2021 mövsümünün simvolik yığması - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər