Estoniya - Azərbaycan 0:5 -Avropa çempionatı
Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın ilə üz-üzə gəlib.
Parnu şəhərindəki “Parnu Rannastadion” stadionunda oynanılan qarşılaşma millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Azərbaycan yığması A qrupunda 8 turdan sonra 7 xalla 5-cidir. Estoniya isə 9 qarşılaşmanın hamısında məğlub olub və sonuncu - 6-cıdır.
Avro-2023, seçmə mərhələ
20:00. Estoniya - Azərbaycan - 0:5
Qollar: Musa Qurbanlı, 3, 33, Rüstəm Abdullazadə, 49-pen. Ceyhun Nuriyev, 50, İsmayıl Zülfüqarlı, 84
Baş hakim: Robert İan Jenkins (Uels)
Parnu. “Parnu Rannastaadion”
Oxşar xəbərlər
Axır ki, qalib gəldik - AVRO-2024
Millimizin Finlandiya ilə matçının stadionu məlum oldu - Avropa çempionatı
Yığmamız Estoniyanı qəbul edəcək - Avropa çempionatı
Millimizin Estoniya və Belarusla oyunlar üçün heyəti - SİYAHI
Yığmamız Xorvatiyaya böyük hesabla məğlub oldu - AVRO-2023
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası