Belarusla oyunda onlara ehtiyac duyulmadı
Azərbaycan yığmasının bu gün Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II tur matçı üçün "23-lüy"ü müəyyənləşib.
Sportfm.az xəbər verir ki, baş məşqçi Canni De Byazi sərəncamındakı futbolçulardan 3-nü oyunun iştirak ərizəsindən kənarda saxlayıb.
Bunlar Polşanın "Visla" (Plotsk) komandasından Anton Krivotsyuk, həmçinin "Qarabağ"ın mərkəz müdafiəçisi Bədavi Hüseynov və cinah oyunçusu Toral Bayramovdur.
Krivotsyuk ilk turun səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzduqları görüşdə də "23-lük"dən kənarda qalmışdı. Onunla birlikdə "Qarabağ"ın daha bir cinah oyunçusu Abbas Hüseynov və "Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak ərizəsində yer almamışdı.
Qeyd edək ki, bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
Millimizin heyəti açıqlandı - SİYAHI
Millimizin Slovakiya ilə matç üçün iştirak ərizəsi - SİYAHI
3 futbolçu heyətdən çıxarıldı - Millətlər Liqası
Azərbaycan yığmasının iştirak ərizəsi - DÇ-2022
Millimizin Lüksemburqa qarşı “23-lüy”ü - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası