Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz" Gəncədə darmadağın oldu
"Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.
Sportfm.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda "Qəbələ"li yeniyetmələr aktivinə qələbə əlavə edib. U-19 öz meydanında "Vətən”lə qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. 21 oyunda 47 xal toplayan "qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.
Bakcell U-17 Liqasında çıxış edən "Qəbələ” "Sumqayıt”la üz-üzə gəlib. Qəbələ təmsilçisi ev matçında 3:1 hesablı qələbə ilə 3 xal qazanıb. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan "Qəbələ" turnir cədvəlinin lideridir.
U-16 səfərdə "Kəpəz”lə üz-üzə gəlib. "Qəbələ” bu görüşdə 6 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 16 matçdan sonra 34 xala malik komanda 2-ci yerdədir. "Zirə” ilə matçı təxirə salınan U-15 isə 14 oyundan sonra 40 xalla yarışın vahid lideridir.
Qızlardan ibarət komanda isə "Sumqayıt”a qalib gəlib – 4:3. 9 oyunda 22 xal yığan "qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qəbələ"dən 5 cavabsız qol
Orda ikinci olsa da, burda birincidir
Qəbələli qızlar liderliyini davam etdirir
U-16-dan böyükhesablı səfər qələbəsi
"Qəbələ" ili qələbəylə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası