reklam
Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
Sportfm.az xəbər saytı

Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir


"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Sportfm.az xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.

Beləliklə, Maks Ferstappen ilk dəfə Bakıdakı yarışda kuboka sahib çıxıb. Ötən il Peres finişə birinci çatdığı üçün "Red Bull" ardıcıl ikinci dəfə Azərbaycan Qran-prisində qalib adını qazanıb.

"Ferrari"dən Şarl Lekler və Karlos Sayns, "Haas"dan Kevin Maqnussen və "Alfa Romeo"nun üzvü Çjou Quanyuy mübarizəni sonadək davam etdirə bilməyib.

Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunub. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

Oxşar xəbərlər

Azərbaycan Qran-prisinin qalibi məlum oldu - Formula 1
Avstraliya Qran-prisində qalib bəlli oldu - Formula 1
Hamilton Braziliyada qalib oldu - Formula 1
Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər