reklam
“Qəbələ” Türkiyə və Rumınya klublarına qarşı -
Sportfm.az xəbər saytı

“Qəbələ” Türkiyə və Rumınya klublarına qarşı -Toplanış


“Qəbələ” 2022/23 mövsümünün hazırlığına sabah start verəcək.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. 

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Boludakı “Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq. Komandamızın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.

Oxşar xəbərlər

"Qəbələ" Türkiyədə 3 oyun keçirəcək - Hazırlıq planı
"Qəbələ" Rumıniya klubunu məğlub etdi - Yoxlama görüşü
"Qəbələ" Rumıniya klubuna qarşı - Yoxlama oyunu
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
"Qəbələ" sabah başlayır - komanda Türkiyəyə yollanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər