reklam
İsrail klubu “Qarabağ”ın futbolçusunu istəyir -
Sportfm.az xəbər saytı

İsrail klubu “Qarabağ”ın futbolçusunu istəyir -Təkidlə


İsrailin “Hapoel” (Beer-Şeva) klubu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin transferində israrlıdır.

Sportfm.az xəbər verir ki, ön xətdə bir neçə oyunçu ilə danışıq aparan “Hapoel” rəhbərliyi üçün prioritet məhz “Qarabağ”ın braziliyalı hücumameyilli futbolçusudur.
Beer-Şeva klubunun 400 min avroluq ilk təklifi qəbul edilməyib.

“Hapoel” rəhbərliyi Borgesin transferi məsələsində çox vaxt itirməyəcək. Danışıqlar yaxın müddətdə müsbət nəticə verməsə, Beer-Şeva təmsilçisi başqa variantlara yönələcək.

Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun “Qarabağ”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Oxşar xəbərlər

Kadi Borges “Qarabağ”dan ayrıldı
Kadi niyə “Qarabağ”ı atdı? - 10 dəfə çox qazanacaq
Rusiya klubu "Qarabağ"ın futbolçusunu istəyir
"Qarabağ"ın rəqibi doğma meydanda məğlub oldu - 0:1
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər