Bakı klubu sponsoru ilə davam edəcək
“Sabah” Futbol Klubu ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə bağlayıb.
Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıblar.
Anlaşmaya əsasən, “Sabah” FK Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda “Bank Respublika”ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion “Bank Respublika Arena” adlanmağa davam edəcək. Bank bu müddətdə stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
Xatırladaq ki, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə “Sabah” FK arasında əməkdaşlıq 2018-ci ildən davam edir.
Oxşar xəbərlər
“Sabah”dan yeni sponsorluq və əməkdaşlıq müqaviləsi
“Sabah”dan yeni sponsorluq müqaviləsi - FOTO
“Sabah”ın stadionunun adı dəyişdirildi – FOTO
"Sabah"ın yeni sponsoru - FOTO
"Sumqayıt" "Kapital Bank"la yeni müqavilə imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası