reklam
Şahin Diniyev:
Sportfm.az xəbər saytı

Şahin Diniyev: "Kəpəz" çətin qarşılaşmaya hazırdır"


Fevralın 28-də Gəncə şəhər stadionunda "Qəbələ”ni qəbul edəcək "Kəpəz” keçirilən son məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb.
 
Sportfm.az xəbər verir ki, Topaz Premyer Liqasının lideri ilə oyunöncəsi "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlama verib: "Həqiqətən də çətin görüş olacaq, ümumiyyətlə son zamanlar asan oyunlarımız yoxdu. Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda "Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".

Oxşar xəbərlər

Abdullah Şuaybunu "söndürdük" - Şahin Diniyev
Şahin Diniyev: "Xal qazanmaq hər iki komandaya lazımdır"
Şahin Diniyev: “Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur”
Şahin Diniyev: "Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq”
Şahin Diniyev:”Onlar əvvəlki kimi oynamırlar”... ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər