İdmançımız Dünya kubokunda 4-cü oldu
İyulun 8-10-da İsveçrənin Lutsern şəhərində təşkil olunan akademik avarçəkmə üzrə Dünya kubokunun III mərhələsi başa çatıb.
Sportfm.az xəbər verir ki, sonuncu mərhələ olan bu turnirdə Azərbaycanı Diana Dimçenko təmsil edib. Dimçenko bir nəfərlik akademik qayıqda 2000 metr məsafəyə yarışlarda mübarizə aparıb.
Təsnifat mərhələsində uğurlu çıxış edən Diana Dimçenko 07:31.31 dəqiqə nəticə ilə finiş xəttinə ikinci çatıb. Yalnız avstraliyalı Tara Riqnidən (07:29.64) geri qalan təmsilçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinalda da avarçəkənimiz ikinci yeri təmin edib. O, finiş xəttini 07.29.87 dəqiqəyə keçərək əsas final olan A finalında çıxış etmək hüququ qazanıb. Diana finalda 2000 metr məsafəni 07.31.84 dəqiqəyə qət edib. Bununla da Diana Dimçenko Dünya kubokunda 4-cü yerə sahib olub. Almaniyalı Aleksandra Foster bütün rəqiblərini qabaqlayıb. Avstraliyalı Tara Riqni 2-ci, Canin Qmelin isə üçüncü yer tutub.
Oxşar xəbərlər
Azərbaycan avarçəkəni 17-ci oldu - Paris-2024
İdmançımız İtaliyada qızıl qazandı
İdmançımız dünya ikincisi oldu - UĞUR
Azərbaycan avarçəkəni finalda - Dünya çempionatı
Olimpiyaçımız Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Oyunların vaxtı açıqlandı - Azərbaycan kuboku














Misli Premyer Liqası