reklam
“Liverpul”dan “Eyüpspor”a...
Sportfm.az xəbər saytı

“Liverpul”dan “Eyüpspor”a...Transfer


Futbol üzrə Niderland yığmasının sabiq yarımmüdafiəçisi Rayan Babel “Qalatasaray”dan ayrılıb.

Sportfm.az xəbər verir ki, 35 yaşlı vinger bundan sonra TFF 1-ci liqada mübarizə aparan “Eyüpspor”un uğurları üçün çalışacaq.

Bu barədə onun yeni klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. Komanda qarşıdakı mövsümün sonunda Super Liqaya yüksəlsə, Babellə müqavilənin müddəti avtomatik olaraq daha 1 il uzadılacaq.

Babel 2019-cu ildən “Qalatasaray”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 42 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Babel Türkiyədə əvvəllər “Kasımpaşa” və “Beşiktaş”ın da uğurları üçün çalışıb. Peşəkar karyerasına yetirməsi olduğu “Ayaks”da başlamış vinger, “Liverpul”, “Hoffenhaym”, “Əl-Əyn”, “Deportivo” və “Fulhem”də də oynayıb. O, Niderland yığmasında 69 oyuna 10 qol vurub.

Oxşar xəbərlər

İtaliyalı futbolçu Türkiyədən ayrıldı
“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
Ozan Kabak yeni klubda - Reallaşdı
Babel “Qalatasaray”dan getdi
Babel yola salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər