reklam
Konyada bir çox idmançını görməyəcəyik
Sportfm.az xəbər saytı

Konyada bir çox idmançını görməyəcəyik


Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının kikboksinq proqramında dəyişiklik olunub.

Sportfm.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov bildirib.

Onun sözlərinə kikboksinqin "Point Fighting" növü bütünlüklə ləğv olunub. Həmçinin kişilərdə "Low Kick"də 91 kq, "Full Contact"da 57 kq və +91 kq çəki dərəcələri üzrə mübarizə olmayacaq. Qadın kikboksçuların yarışında isə 48 və 70 kq çəki dərəcələri ləğv edilib.

Buna səbəb həmin çəki dərəcələrində idmançıların sayının azlığı olub.

Qeyd edək ki, 9-18 avqust tarixlərində keçiriləcək İslamiadada Azərbaycan 24 kikboksçu ilə təmsil olunacaq. Kikboksinq yarışları 16-18 avqust tarixlərində baş tutacaq.

 

Oxşar xəbərlər

Kikboksçularımız finalda - İslamiada
Əsas rəqiblərimiz məlumdur - İslamiada
Azərbaycan çempionatının açılış mərasimi keçirildi
Millimiz İstanbulda 5-ci oldu - Beynəlxalq turnir
Belarusda gərgin döyüş - Zabit Səmədov da rinqə çıxır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər