Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AZAL-dan antirekord, Vaqifdən yubiley
Topaz Premyer Liqasının XX turunun AZAL – "Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb.
Sportfm.az xəbər verir ki, 0:1 hesabı ilə uduzan meydan sahibləri ardıcıl 6-cı çempionat oyununda məğlub olub. Bu, cari mövsüm üçün Premyer Liqanın antirekordudur. Bunadək AZAL da "Neftçi” və "Kəpəz” kimi 5 məğlubiyyəti sıralamışdı. 2016-cı ilin "Neftçi”yə qarşı dekabrın 17-də baş tutan son oyunundan sonra Tərlan Əhmədovun yetirmələri xal qazana bilmir.
"AZAL Arena”dakı görüş meydan sahibləri üçün antirekordla başa çatıbsa, komandanın futbolçusu Vaqif Cavadov yubileyini qeyd edib. Belə ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu müddətdə 46 qol vuran futbolçunun debütü 2006/07 mövsümünə təsadüf edib. 10 mövsümdə 6 komandada çıxış edən Cavadov "Qarabağ”da 110 (25 qol), "İnter”də 33 (14 qol), "Sumqayıt”da 29 (6 qol), "Bakı”da 23 (4 qol), "Qəbələ”də 3, AZAL-da 2 oyun keçirib.
Oxşar xəbərlər
AZAL-ın 50-ci ev məğlubiyyəti
Yubiley oyununda məğlub oldu
Mövsümün 100-cü qolu
Abdullayevdən Arazadək: “Qəbələ”nin rekordu qırıldı
100-cü heç-heçə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası