Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” üçün üzücü xəbər -Medina oynamayacaq
“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçi ən azı bir ay meydana çıxa bilməyəcək.
Bu isə o deməkdir ki, Medina Çempionlar Liqasınının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la oyunları, eləcə də qarşıdakı pley-off matçlarını (ÇL, və ya Avroliqada) buraxacaq.
Medina nəzərdə tutulan bir ay ərzində təkrar müayinədən keçəcək.
Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.
Oxşar xəbərlər
Kevin Medina Bakıya gəldi və...
Medinanın son durumu məlum oldu
Kevin Medina yubiley matçı
Medinanın zədəsi ciddidir - Açıqlama
Medina ilə yeni müqavilə bağlandı - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası