reklam
Macarıstan klubu heyətdə dəyişiklik etdi
Sportfm.az xəbər saytı

Macarıstan klubu heyətdə dəyişiklik etdi


Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarından əvvəl sifariş ərizəsində dəyişiklik edib.

Sportfm.az xəbər verir ki, "Keçkemet" klubuna icarəyə verilən qapıçı Adam Varqa və amerikalı Henri Vinqo heyətdən çıxarılıb.

Vinqonun hansı səbəbdən siyahıdan kənarda qaldığı məlum olmasa da, onu Bosniya və Herseqavina millisinin dayaq yarımmüdafiəçisi Muhamed Beşiç əvəzləyib.

Rusiyalı baş məşqçi Stanislav Çerçesovun oyunadək – çərşənbə axşamı Avropa vaxtı ilə 00:00-dək daha iki dəyişiklik etmək hüququna malikdir.

Qapıçılar: Adam Boqdan, Deneş Dibus; B siyahı: Marsell Kovaç, Sabolç Merql, Öri Levente

Müdafiəçilər: Adnan Kovaçeviç, Endre Botka, Eldar Çiviç, Rasmus Telander, Mats Knöster, Lorand Paska, Sami Mmaee;

Yarımmüdafiəçilər: Muhamed Beşiş, Aissa Layduni, Anderson Esiti, Kristofer Zakariasen, Stepyan Lonçar, Veçei Balint, Xavyer Mersier; B siyahı: Oliver Nad

Hücumçular: Adama Traore, Karlos Auzkui, Frank Boli, Fortune Bassey, Tokmak Nquen; B siyahı: Damir Redjiç, Norbert Kayan, Kristian Listeş

Qeyd edək ki, "Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

 

Oxşar xəbərlər

"Ferentsvaroş" - "Qarabağ" - Start heyətlər
"Qarabağ" - "Ferentsvaroş": Start heyətlər
"Qarabağ"ın iştirak ərizəsi - SİYAHI
“Bu, olduqca vacib qarşılaşmadır” - Frank Boli
Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər