reklam
Millimiz yarımfinalda uduzdu -
Sportfm.az xəbər saytı

Millimiz yarımfinalda uduzdu -Avropa çempionatı


San Marinoda təşkil olunmuş 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal görüşləri keçirilib.

Sportfm.az xəbər verir ki, B qrupunun lideri kimi dörd ən güclü kollektiv sırasına yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gəlib.

Təəssüf ki, komandamız əvvəlki oyunlardakı uğurun davamını bu görüşdə gətirə bilməyib. Basketbolçularımız meydanı 56:76 hesablı məğlubiyyətlə tərk ediblər.

Digər yarımfinal qarşılaşmasında isə Monako və Lüksemburq komandaları münasibətlərinə aydınlıq gətirib. Monako komandası bu oyunda 80:65 hesabıyla qalib gəlib.

Beləliklə, iyulun 31-də baş tutacaq final görüşündə Monako və Albaniya yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə üçüncü yer uğrunda görüşdə Lüksemburqu sınağa çəkəcək.

Oxşar xəbərlər

Millimiz Ermənistana qalib gəldi - Avropa çempionatı
Millimiz ermənilərlə üz-üzə
Basketbolçularımız qələbə ilə başladı
Millimiz Andorraya yollanacaq
Azərbaycan millisi Avropa çempionudu!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər