Premyer Liqamızın sponsoru məlum oldu
Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub
Sportfm.az xəbər verir ki, əldə olunan razılaşmaya görə, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.
AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: “Misli”nin ölkə əhəmiyyətli idman tədbirlərinə dəstəyini nəzərə alaraq, əməkdaşlıq etmək qərarına gəldik. Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”.
“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında bu əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb: “Misli” bu günədək ölkə üçün önəmli müxtəlif tədbirlərə, eləcə də idmanın inkişafı naminə layihələrə dəstək olub. Bu gündən etibarən isə Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. İnanırıq ki, işbirliyimiz uğurlu olacaq və bir çox sahələrdə olduğu kimi, futbolda da müvəffəqiyyətlər qazanacağıq”.
Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.
Oxşar xəbərlər
PFL Premyer Liqanın sponsoru ilə müqaviləni uzatdı – RƏSMİ
AFFA ilə “Misli” arasında sponsorluq müqaviləsi imzalandı
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Misli”nin Azərbaycanda fəaliyyətə başlamasından 1 il keçir
Dünya çempionatı “Misli”nin baş sponsorluğu ilə yayımlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası