Yeni sistem fəaliyyətə başlayır -UEFA
2022/2023 mövsümündə UEFA -nın himayəsi altında klub səviyyəsində beynəlxalq matçlarda yarımavtomatik ofsayd aşkarlama sistemi rəsmi olaraq fəaliyyətə başlayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Sistem ilk dəfə UEFA Superkubokunda "Real" - "Ayntraxt" matçında tətbiq ediləcək. Gələcəkdə bu texnologiya Çempionlar Liqasının qrup mərhələsində istifadə olunacaq. UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rosetti isə məsələ ilə əlaqədar açıqlamasında deyib:
“Yarımavtomatik ofsayd aşkarlama sistemi VAR üçün oyundankənar vəziyyətləri daha tez və dəqiq müəyyən etməyə imkan verən innovativ texnologiyadır. Bu da oyunun ritmini və qəbul edilən qərarların ardıcıllığını qorumağa kömək edir. Sistem rəsmi oyunlarda və Çempionlar Liqasının hər bir matçında istifadəyə hazırdır".
Qeyd olunur ki, yeni sistem hər bir oyunçunun bədəninin 29 nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyəcək. Sistem üçün 2020-ci ildən bəri ümumilikdə 188 sınaq keçirilib.
Qeyd edək ki, UEFA Superkubokunun "Real" və "Ayntraxt" arasında keçiriləcək oyunu avqustun 10-da Helsinkidə olacaq.
Oxşar xəbərlər
UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
DÇ-2022-də yenilik - RƏSMİ
DÇ-2022-də yeni texnologiya sınaqdan keçiriləcək
Millimizin rəsmi oyunlarında VAR sistemi tətbiq olunacaq
VAR sistemi Çempionlar Liqasında tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası