reklam
Goranboylu atlet çempion oldu
Sportfm.az xəbər saytı

Goranboylu atlet çempion oldu


2-3 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçirilir. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır.

Artıq ilk yarış gününə yekun vurulub. Körpücük üzərinə son olaraq 69 kq çəki dərəcəsində mübarizə aparan kişilər çıxıb.

Qızıl medalı toplam 275 kq (125+150) nəticə göstərən goranboylu atlet İsa Rüstəmov qazanıb.

Gümüş toplam 266 kq (116+150) samuxlu Sənan Quliyevə, bürünc isə toplam 260 kq (115+145) ismayıllılı Məhəmməd Məmmədliyə qismət olub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 69 kq. A qrupu.

 

N

Adı

İl

Şəhər

Klub

Çəki

Birdən

Təkanla

Toplam

1.

Rüstəmov İsa

1999

Goranboy

Zirvə

66.80

125

150

275

2.

Quliyev Sənan

1995

Samux

Zirvə

69.00

116

150

266

3.

Məmmədli Məhəmməd

1997

İsmayıllı

Zirvə

64.30

115

145

260

4.

Əliyev Füqan

2001

Lerik

Zirvə

65.20

112

136

248

5.

Bayramov Sabit

1996

Bakı

Spartak

68.90

100

142

242

6.

Şərifov Elşən

 

Şamaxı

Zirvə

69.00

100

125

225

7.

Məmmədov Sərxan

2002

Goranboy

Zirvə

66.70

98

126

224

8.

Nəcəfov Saleh

1996

Lənkəran

Zirvə

68.30

101

110

211

9.

Rüstəmov Taleh

2000

Sumqayıt

Zirvə

65.80

92

98

190

10.

Ağayev Elvin

 

Bakı

Spartak

62.70

91

0

0



Oxşar xəbərlər

Azərbaycan birinciliyində ilk yarış gününə yekun vuruldu - FOTO
Abışov agır atletika üzrə Azərbaycan çempionu oldu
Tağızadə hamıdan güclü olduğunu sübuta yetirdi
Abışov birincidir
Ağır atletlər ən güclünü müəyyən edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər