reklam
Arveladze “Neftçi”də -
Sportfm.az xəbər saytı

Arveladze “Neftçi”də -RƏSMİ


“Neftçi” gürcüstanlı futbolçu transfer edib.

Sportfm.az xəbər verir ki, bu, 24 yaşlı Vaxtanq Arveladzedir.

O, ikinci hücumçu mövqeyində çıxış edir.

Vaxtanq Arveladze atası Revaz Arveladze Almaniyanın “Homburq” komandasında oynayarkən həmin ölkədə doğulub. O, Türkiyədə “Kasımpaşa”nın ikinci komandasında, Polşada “Korona” klubunda legioner həyatı yaşayıb. Arveladzenin sonuncu klubu Türkiyənin “Fatih Karagümrük” komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları onun əmiləridir.

“Neftçi” Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyirdi. 

Oxşar xəbərlər

“Neftçi” millinin üzvünü heyətinə qatır
Arveladze Acun Ilıcalının komandasında - 2,5 illik müqavilə
Gürcüstanlı mütəxəssis ilin ən yaxşısı oldu - Özbəkistanda
Şota Arveladze "Paxtakor"u tərk etdi - Müqaviləsi bitdi
"Neftçi"yə gəlmədi, ilin ən yaxşısı oldu - Şota Arveladzenin uğuru

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər