reklam
Cüdo yığmamızın heyəti məlum oldu -
Sportfm.az xəbər saytı

Cüdo yığmamızın heyəti məlum oldu -Dünya çempionatı


10-13 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında Dünya çempionatı keçiriləcək. 

Sportfm.az xəbər verir ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. İdmançılarımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

10 avqustda -60 kq. çəkidə Turan Bayramov, 11 avqustda -73 kq.  çəkidə Vüsal Qələndərzadə və Qadir Hüseynov, 12 avqustda -81 kq. çəkidə Elcan Hacıyev və Məhərrəm İmamverdiyev, -90 kq. çəkidə Vüqar Talıbov, 13 avqustda isə -100 kq. çəkidə Ruslan Nəsirli və +100 kq. çəkidə Kənan Nəsibov tatamiyə çıxacaq.

Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək. 

 

Oxşar xəbərlər

3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçularımızdan Avropa kubokunda 4 medal
39 ölkə arasında birinciyik - Praqada
Uzaq Ekvadorda bürünc medal - Dünya Çempionatı
Cüdoçular Bakıda hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər